Naxçıvanlı idmançılar Türkiyədə boks yarışında 3 medal qazanıblar

A- A A+

Türkiyənin İqdır şəhərində boks üzrə təşkil olunan yarışda Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirmələri 3 medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, 9 türkiyəli boksçu 9 əcnəbi boksçuya qarşı rinqə çıxıb.

57 kiloqram çəki dərəcəsində rinqə çıxan Tayfur Əliyev rəqibini məğlub edərək qalib adını qazanıb. Eyni uğuru 75 kiloqram çəki dərəcəsində Sərvər Abdullayev də təkrarlayıb. Alişan İsmayılov isə öz çəki dərəcəsində (46 kiloqram) ikinci olub.

İdmançılarımız təşkilatçılar tərəfindən medal və kubokla təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: