Üzgüçülük üzrə yarış olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, “12 avqust-Beynəlxalq Gənclər günü” münasibətilə qızlar arasında üzgüçülüyün sərbəst üsulu üzrə şəhər birinciliyi keçirilib.                          

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Üzgüçülük Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən birincilik, Üzgüçülük Mərkəzində reallaşıb. Birincilikdə 3 yaş qrupu üzrə 30 idmançı, sərbəst üsul üzrə 25 metrlik məsafədə yarışıblar. Yekun nəticəyə əsasən öz yaş qrupları arasında Gülan Əhmədova, Röya Məmmədova və Əhruz Əsədova birinciliyin qalibi olublar.

Sonda qalib gələn idmançılara təşkilatçıların diplomları təqdim olunub.

                                                                            Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: