NUHÇIXAN xəbər verir ki, oğlan və qızlar arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
“Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq”-devizi altında keçirilən birincilik, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman məktəbinin təşkilatçılığı ilə Olimpiya-İdman Kompleksində reallaşıb. Açıq birincilikdə Naxçıvan şəhəri ilə yanaşı, Babək, Culfa və Kəngərli rayonlarının da idmançıları iştirak edib. 28 çəki dərəcəsində 60-a yaxın idmançı qalib olmaq uğrunda mübarizə aparıb.
Sonda öz çəki dərəcələri üzrə yer tutan idmançılara təşkilatçıların diplomları təqdim olunub.
Əli İbrahimbəyli