Kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi yekunlaşıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, yeniyetmə və gənclər arasında kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.  Naxçıvan şəhər Gənclər və İdman İdarəsi və Kikboksinq Federasiyasının birgə təşkil etdikləri birincilikdə 21 çəki dərəcəsində 100-ə yaxın idmançı mübarizə aparıb. Yarışda Naxçıvan şəhər komandası ilə yanaşı Babək, Culfa, Şərur, Kəngərli, Turan və Odlar Yurdu komandaları da iştirak edib. Oğlanlarla yanaşı qızların da iştirak etdiyi birinciliyin məqsədi məktəblilərin  yay tətilinin səmərəli keçirilməsidir.  

Qalib idmançılara diplom və medallar təqdim olunub.

                                                                               Əli Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: