“Beşiktaş” klubu daha bir futbolçunu heyətinə cəlb edib

A- A A+

İstanbulun “Beşiktaş” futbol klubu növbəti transferini reallaşdırıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat Fransanın “Qenqam” klubunun rəsmi “Twitter” səhifəsində yer alıb.

Məlumatda İstanbul təmsilçisinin Fransanın “Qenqam” klubunun 24 yaşlı sol cinah müdafiəçisi Pedro Rebeşunu heyətinə cəlb etdiyi qeyd olunub. Liqa 2 təmsilçisini portuqaliyalı futbolçunu satın alması şərti ilə “Beşiktaş”a icarəyə verdiyi bildirilib.

“Benfika”nın yetirməsi olan oyunçu 2017-ci ildə “Qenqam” komandasına transfer edilib. Ötən mövsüm Fransa çempionatında 36 oyunda meydana çıxan futbolçu 8 məhsuldar ötürmə verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: