“Qarabağ” – “APOEL” qarşılaşmasına 15 min bilet satılıb

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” və Kiprin “APOEL” klubları arasında avqustun 13-də Bakıda keçiriləcək cavab matçına 15 min bilet satılıb.

Biletlərin qiymətləri sektorlardan asılı olaraq 2, 5, 10 və 50 manatdan təklif edilir. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik Mall”, “28 Mall” və “Park Bulvar” ticarət mərkəzlərindəki “Iticket” satış məntəqələrindən, 2 və 3 saylı “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək mümkündür.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

Xatırladaq ki, birinci görüşdə “Qarabağ” səfərdə “APOEL” komandasını 2:1 hesabı ilə məğlub edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: