Mauro İkardi “Yuventus” klubu ilə beşillik müqavilə imzalayıb

A- A A+

İtaliyanın “İnter” klubunun kapitanı Mauro İkardi “Yuventus” komandasına transfer olub.

NUHÇIXAN xəbər verir ki, 26 yaşlı hücumçu ilə beşillik müqavilə imzalanıb. Müqaviləyə əsasən argentinalı futbolçu illik 8 milyon avro qazanacaq.

Qeyd edək ki, Mauro 2013-cü ildən “İnter” klubunun şərəfini qoruyur. O, “neradzura”nın heyətində 219 oyunda meydana çıxıb və 124 dəfə fərqlənməyə nail olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: