"Valensiya" 45 milyonluq transferi heyətinə pulsuz qatdı

A- A A+

"Mançester Siti"dən ayrılan fransalı müdafiəçi Elyakim Manqalyanın yeni klubu müəyyənləşib.

NUHÇIXAN-ın məlumatına görə, 28 yaşlı futbolçu İspaniya La Liqa təmsilçisi "Valensiya"ya transfer olub. "Yarasalar" Fransa millisinin sabiq üzvü ilə iki illik müqavilə imzaladığını bəyan edib.

Qeyd edək ki, Manqalya 2016/2017 mövsümünü icarə əsasında "Valensiya"da keçirmişdi.

"Mançester Siti" müdafiəçini 2014-cü ildə isə "Portu"dan 45 milyona avroya transfer etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: