Basketbol üzrə birincilik keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında basketbol üzrə birincilik  keçirilib.

Yarış 3 nömrəli tam orta məktəbin idman zalında reallaşıb. Naxçıvan şəhər Uşaq-gənclər idman məktəbi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 6 komanda qalib olmaq uğrunda mübarizə aparıb. Olimpiya sistemi üzrə keçirilən yarışın yekun nəticəsinə əsasən Uşaq-gənclər idman məktəbinin komandası  I, 11 nömrəli tam orta məktəbin komandası II, 3 nömrəli tam orta məktəbin komandası isə III yerin sahibi olublar.

Sonda yer tutan komandalara təşkilatçılar tərəfindən  diplomlar  təqdim  edilib.

                                              Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: