İspaniyanın “Atletiko Madrid” klubu növbəti transferini reallaşdıra bilər.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, paytaxt təmsilçisi “Valensiya”nın hücumçusu Rodriqo Morenonun transferi üçün razılıq əldə edib.
“Atletiko”nun bu transferə görə 60 milyon avro ödəyəcəyi bildirilir.
Komandasının son məşqini buraxan ispan oyunçunun transferinin yaxın günlərdə açıqlanacağı gözlənilir.