Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilən sərbəst güləş üzrə açıq kubok yarışında naxçıvanlı güləşçilər iki medal qazanıblar.
NUHÇIXAN xəbər verir ki, açıq kubok turnirində Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançısı, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Camal Qasımov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 60 kiloqram çəki dərəcəsində isə Kamal Qasımov gümüş medal qazanıb.
Qalib idmançılar medal və diplomlarla təltif ediliblər.