Azərbaycanın yunan-Roma güləşçisi Estoniyanın paytaxtı Tallində gənc pəhləvanlar arasında dünya çempionatının yarımfinalına yüksəlib.
NUHÇIXAN xəbər verir ki, təmsilçimiz Zaur Əliyev (55 kq) səkkizdəbir finalda Qırğızıstan idmançısı Nurməhəmməd Abdullayevi məğlub etdikdən (8:0) sonra dörddəbir finalda da uğurla çıxış edib. Avropa çempionatının bürünc medalçısı növbəti mərhələdə Moldova təmsilçisi Artium Deleanunu da üstələyərək (10:0) yarımfinala yüksəlib.
Qeyd edək ki, avqustun 16-da, yarışın beşinci günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.