“Lokomotiv” voleybol klubu Azərbaycan Super Liqasının qalibi olub

A- A A+

Kişi voleybol komandaları arasında Azərbaycan Super Liqasının qalibi müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, yarışın final mərhələsi çərçivəsində üçüncü yer uğrunda cavab oyununda “Neftçi” və MOİK komandaları qarşılaşıblar. Görüş “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda da “Neftçi” eyni hesablı qələbə qazanıb. İki görüşün nəticəsinə görə, “Neftçi” yarışın bürünc medalına sahib olub.

Qızıl medal uğrunda cavab görüşündə isə “Lokomotiv” və “Sərhədçi” komandaları üz-üzə gəliblər. İlk görüşdə rəqibini 3:1, cavab oyununda isə 3:0 hesabı ilə məğlub edən “Lokomotiv” Azərbaycan Super Liqasının qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: