"Qalatasaray" fransalı futbolçunu transfer edib

A- A A+

İstanbulun "Qalatasaray" komandası İtaliyanın "Roma" klubunun yarımmüdafiəçisi Stiven Nzonzini bir illik icarəyə götürüb.

NUHÇIXAN xəbər verir ki, iki klub arasında imzalanan müqaviləyə əsasən "Cim-bom" birillik icarə müddətini gələn ilin yayında daha bir il uzatmaq hüququna malik olacaq.

Futbolçunun illik maaşı üç milyon avro təşkil edəcək. "Qalatasaray" mövsümün sonunda 16 milyon avro ödəyərək otuz yaşlı futbolçunun transfer hüququna sahib ola bilər.

"Roma" Fransa millisinin üzvünü 2018-ci ildə "Sevilya"dan transfer edib.

Qeyd edək ki, futbolçu ötən mövsüm “Roma”da keçirdiyi 39 oyunda bir qol vurub və iki məhsuldar ötürmə verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: