Naxçıvanda peyntbol üzrə respublika turniri keçirilib - FOTOLAR

A- A A+

Ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında “Heydər Əliyev Kuboku” uğrunda peyntbol üzrə Naxçıvan Muxtar respublika turniri keçirilib.

NUHÇIXAN xəbər verir ki, ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan turnir Naxçıvan Atıcılıq Mərkəzində baş tutub. Yarışda ali və orta ixtisas müəssisələrini təmsil edən 7 komanda mübarizə aparıb. Bütün rəqiblərini məğlub edərək finala yüksələn Naxçıvan Dövlət Universiteti və Naxçıvan Tibb Kollecinin komandaları qızıl medallar uğrunda meydana çıxıblar. Həlledici görüşdə daha çevik olan və dəqiq nişançılıq qabiliyyəti ilə seçilən tərəf universitet tələbələri olublar. Tibb kollecinin komandası isə ikinciliklə kifayətlənib. Üçüncülük görüşündə Naxçıvan Universiteti və Heydər Əliyev adına Hərbi Liseyin komandaları qarşılaşıblar. Görüşdə qələbə qazanan kursantlar turnirin bürünc medalçıları olublar.

İlk üçlükdə qərarlaşan komandalara diplom, medal və hədiyyələr təqdim olunub. Yarışı birinci pillədə başa vuran Naxçıvan Dövlət Universitetinin komandasına kubok təqdim olunub.

                                                                                        Emil Səmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: