Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib

189

Avropa çempionatında iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamız Sloveniyada təlim-məşq toplanışını davam etdirir.

Azərbaycan Voleybol Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, hazırlıq prosesi çərçivəsində millimiz Sloveniya yığması ilə yoldaşlıq oyunu keçirib. Voleybolçularımız yoldaşlıq matçında 5:0 hesabı ilə qalib gəliblər.

Komandamız növbəti yoldaşlıq oyununu avqustun 20-də yenidən Sloveniya yığmasına qarşı keçirəcək.

Millimiz Avropa çempionatının keçiriləcəyi Macarıstana avqustun 21-də Sloveniyadan birbaşa yollanacaq.

“C” qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya və Macarıstan yığmaları olacaq.

Qeyd edək ki, son Avropa çempionatında millimiz dördüncü olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: