NUHÇIXAN xəbər verir ki, Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi keçirilib.
Yarışda 53 klubu təmsil edən 384 gənc cüdoçu medallar uğrunda mübarizə aparıb. 8 çəki dərəcəsində keçirilən birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 3 idmançısı da iştirak edib.
İdmançılarımızdan Abdulla İsmayılov 100 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.
Ölkə birinciliyinin qalib və mükafatçılarına medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub.