Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib

A- A A+

“Grand Chess Tour 2019” şahmat seriyasının beşinci mərhələsi çərçivəsində ABŞ-ın Sent-Luis şəhərində keçirilən Sinkfild kuboku turnirinin dördüncü turuna yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov hazırkı dünya çempionu norveçli Maqnus Karlsenlə də heç-heçə edib. Ş.Məmmədyarov ötən üç turun hamısında rəqibləri ilə xalı yarı bölüb. Dördüncü turda amerikalı Fabiano Karuana və ermənistanlı Levon Aronyanın qarşılaşması istisna olmaqla (L.Aronyan məğlub olub) bütün görüşlərdə bərabərlik qeydə alınıb.

Bu gün turnirin beşinci turunun partiyaları keçiriləcək. Ş.Məmmədyarovun növbəti rəqibi L.Aronyan olacaq. Digər görüşlərdə amerikalı şahmatçılar Hikaru Nakamura rusiyalı Yan Nepomnyaşi, Uesli So həmyerlisi Fabiano Karuana, M.Karlsen rusiyalı Sergey Karyakin, hindistanlı Vişvanatan Anand fransalı Maksim Vaşe-Laqrav, hollandiyalı Aniş Qiri çinli Dinq Lirenlə mübarizə aparacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: