Avqustun 22-də səhər “Tokio 2020” Paralimpiya Oyunlarının təşkilat komitəsi bu yarışlar üçün biletlərin satışı məqsədilə onlayn müraciətlərin qəbuluna başlayıb.
NUHÇIXAN xəbər verir ki, həmin yarışlara biletlər lotereyanın köməyilə satılacaq. Bilet əldə etmək istəyənlər qeydiyyatdan keçərək özlərinin “Tokyo 2020 ID” identifikasiya nömrələrini əldə edəcəklər. Məlumata görə, avqustun 1-dək 7 milyon 600 min nəfər qeydiyyatdan keçib.
Paralimpiadaya bilet üçün müraciət sentyabrın 9-u saat 11:59-dək qəbul ediləcək. Lotereyanın nəticələri isə oktyabrın 2-də elan olunacaq.