Güləşçilərimiz dünya çempionatına hazırlığı davam etdirirlər

226

Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, ilin ən vacib yarışı Olimpiadaya lisenziya xarakteri daşıyır. Bu səbəbdən yığmalarımız mundiala intensiv şəkildə hazırlığı davam etdirirlər.

Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz avqustun 12-dən Göygöl Olimpiya İdman Kompleksində növbəti hazırlığa start veriblər. Bu toplanışda Qırğızıstanın yunan-Roma güləşi üzrə yığması da iştirak edir. Qadın idmançılarımız isə Türkiyədə toplanışda iştirak edirlər. Komandamız Türkiyə yığması ilə birgə Sarıyer şəhərində hazırlıq keçir.

Qeyd edək ki, sərbəst və qadın güləşçilərimizin toplanışı avqustun 24-dək, yunan-Roma güləşçilərimizin hazırlıq prosesi isə ayın 30-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: