Tennis üzrə yarış keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Sədərək rayonunda sağlamlıq imkanları məhdud uşaqlar arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında stolüstü tennis üzrə yarışkeçirilib.

Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Uşaq-Gənclər İdman Məktəbi, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Gənclər Birliyi və Paralimpiya Federasiyasının rayon bölməsinin birgə təşkil etdiyi yarış dairəvi sistem üzrə keçirilib.

12 məktəblinin iştirak etdiyi yarışın yekununda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: