Rüstəm Orucov cüdo üzrə dünya çempionatında gümüş medala sahib olub

A- A A+

Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatını ikinci pillədə başa vurub.

NUHÇIXAN xəbər verir ki, R.Orucov (73 kq) belaruslu Vadim Şoka, Yunanıstan təmsilçisi Georgios Markarian, kanadalı Konstantin Qabun və israilli Tohar Butbulu məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda R.Orucovun rəqibi komanda yoldaşı Hidayət Heydərov olub. Cüdoçularımızın duelindən R.Orucov qalib ayrılaraq finala yüksəlib. Qızıl medal uğrunda görüşdə cüdoçumuzun rəqibi “Rio 2016” Yay Olimpiya Oyunlarının qalibi yaponiyalı Şohei Ono olub. Rəqibinə məğlub olan R.Orucov dünya çempionatının gümüş medalı ilə kifayətlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: