Voleybol üzrə yoldaşlıq görüşü keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur və Sədərək rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən görüş Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə reallaşıb. İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan yarışda Şərur və Sədərək komandaları qarşı-qarşıya gəlib. İdman mübarizəsindən Şərur rayon komandası 3-2 hesabı ilə qalib ayrılıb.

Sonda hər iki komandaya təşkilatçılar tərəfindən voleybol topu hədiyyə edilib.

                                                                      Əli Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: