Azərbaycan Premyer Liqasının üçüncü turuna hakim təyinatları açıqlanıb

A- A A+

Futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turuna hakim təyinatları açıqlanıb.

NUHÇIXAN Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, avqustun 31-də keçiriləcək “Zirə”–“Sabah” oyununu Rövşən Cavadov idarə edəcək. Həmin gün baş tutacaq “Qəbələ” – “Keşlə” matçının baş hakimi funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Sentyabrın 1-də baş tutacaq “Neftçi”–“Sumqayıt” matçına əsas referi Səbuhi Bayramov təyin olunub. Turun sonuncu oyunu - “Səbail”–“Qarabağ” qarşılaşması Kamal Umudluya tapşırılıb.

“Zirə”–“Sabah” oyunu saat 20:30-da, “Qəbələ”–“Keşlə” saat 18:30-da, “Neftçi”–“Sumqayıt” saat 19:00-da, “Səbail”-“Qarabağ” qarşılaşması isə saat 21:00-da başlayacaq.

Turun bütün görüşləri “CBC Sport” kanalında canlı yayımlanacaq.

Turnir cədvəlinə aktivlərində 6 xalı olan “Səbail” və “Qarabağ” klubları başçılıq edir. “Zirə”, “Keşlə” və “Sumqayıt” 3 xalla üçüncü və beşinci yerləri bölüşürlər. “Neftçi” və “Sabah” hərəyə 1 xalla altıncı və yeddinci yerdə qərarlaşıblar. Xalı olmayan “Qəbələ” isə sonuncu – 8-ci yerdədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: