Millimizin “Avro-2020” çərçivəsində Uels və Xorvatiya yığmaları ilə oyunları üçün heyəti müəyyənləşib

A- A A+

“Avro-2020”-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

NUHÇIXAN AFFA-ya istinadla xəbər verir ki, heyətdə Emil Balayev (“Tobol”, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Rahil Məmmədov, Qara Qarayev, Riçard Almeyda, Mahir Emreli, Araz Abdullayev (“Qarabağ”), Səlahət Ağayev, Ömər Buludov, Anton Krivotsyuk, Emin Mahmudov (“Neftçi”), Şəhriyar Rəhimov, Ağabala Ramazanov (“Səbail”), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə, Rəşad Eyubov ( “Sabah”), Cavid Hüseynov (“Zirə”), Pavel Paşayev (“Oleksandriya”, Ukrayna), Dmitri Nazarov (“Erzgebirge Aue”, Almaniya), Ramil Şeydayev (“Dinamo”, Moskva, Rusiya), Rüfət Dadaşov (“Proysen Münster”, Almaniya) və Renat Dadaşov (“Pakuş de Fereyra”, Portuqaliya) yer alıblar.

Azərbaycan yığması həmin oyunlara hazırlıq məqsədilə sentyabrın 2-dən 9-dək təlim-məşq toplanışı keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: