Minskdə təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan milli komandası avqustun 28-də Belarus yığması ilə növbəti yoldaşlıq oyununa çıxıb.
NUHÇIXAN xəbər verir ki, Borisov İdman Kompleksində Belarus komandası ilə qarşılaşan millimiz rəqibinə 2:4 hesabı ilə uduzub. Yığmamızın heyətində İsa Atayev və Teles Thaqo fərqləniblər.
Komandalar arasında Minskdəki ilk yoldaşlıq oyununda da meydan sahibləri 5:3 hesabı ilə üstün olub.