“Qarabağ” - “Linfild” komandalarının start heyətləri açıqlanıb

A- A A+

UEFA Avropa Liqasında 2019-2020-ci illər mövsümünün pley-off mərhələsi çərçivəsində “Qarabağ” və “Linfild” komandaları arasında keçiriləcək qarşılaşma üçün klubların start heyətləri açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirdə Vaqner Silva, Ailton Silva, Rahil Məmmədov, Maksim Medvedev, Miçel Madeyra, Xayme Romero, Mahir Emreli, Rəşad Sadıqov, Abdullah Zubir, Riçard Almeyda və Maqaye Qeye yer alıblar.

“Linfild”in heyətində isə meydana Rohan Ferguson, Kris Kasement, Mark Stafford, Ryan Mcgivern, Metyu Klark, Jamie Mulgrev, Stephen Fallon, Kirk Millar, Bastien Heri, Niall Quinn və Shayne Laveri çıxacaqlar.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüş “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Oyunu rusiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Sxarer olacaq. Ona həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edəcəklər. Sergey Lapoçkin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi olacaq.

Hər iki komanda oyuna itkilərlə çıxacaq.

“Qarabağ” klubunun mərkəz müdafiəçisi Bədavi Hüseynov ilə yarımmüdafiəçi Filip Ozobiçin, qonaqların heyətində isə Qaret Deane və Mark Hauqheyin zədə səbəbindən meydana çıxmayacaqlar.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb - 0:0, 2:0. Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın “Dundalk” komandasından güclü olub - 1:1, 3:0. “Qarabağ” üçüncü mərhələdə səfərdə Kiprin APOEL komandasına ilk oyunda 2:1 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab matçında uduzaraq (0:2) qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb və mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.

Mübarizəyə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən başlayan “Linfild” əvvəlcə Farer Adalarının “Torshavn” komandasını (2:2, 1:0), daha sonra “Sutyeska”nı (Monteneqro) məğlub edərək (2:1, 3:2) play-off mərhələsinə vəsiqə qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: