UEFA Avropa Liqasında 2019-2020-ci illər mövsümünün pley-off mərhələsi çərçivəsində “Qarabağ” və “Linfild” komandalarının cavab qarşılaşması başlayıb.
NUHÇIXAN xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi meydançaya Vaqner Silva, Ailton Silva, Rahil Məmmədov, Maksim Medvedev, Miçel Madeyra, Xayme Romero, Mahir Emreli, Rəşad Sadıqov, Abdullah Zubir, Riçard Almeyda və Maqaye Qeyedən ibarət heyətlə çıxıb.
“Linfild”in start heyətində isə Rohan Ferguson, Kris Kasement, Mark Stafford, Ryan Mcgivern, Metyu Klark, Jamie Mulgrev, Stephen Fallon, Kirk Millar, Bastien Heri, Niall Quinn və Shayne Laveri yer alıblar.
Matç “CBC Sport” kanalı ilə canlı yayımlanır.
Oyunu rusiyalı hakimlər briqadası idarə edir. Baş hakim Sandro Sxarerə həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edirlər. Sergey Lapoçkin isə dördüncü hakim funksiyasını yerinə yetirir. Lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç isə UEFA nümayəndəsidir.
Hər iki komanda itkilərlə üzləşib. “Qarabağ” klubunun mərkəz müdafiəçisi Bədavi Hüseynov və yarımmüdafiəçi Filip Ozobiç, qonaqların heyətində isə Qaret Deane və Mark Hauqheyin zədə səbəbindən meydançaya çıxmayacaqlar.