Avqustun 30-da Monakoda futbol üzrə UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, 48 klub hər birində dörd komanda olmaqla 12 qrupa bölünüb.
Püşkatma belə nəticələnib:
A qrupu:
“Sevilya” (İspaniya), APOEL (Kipr), “QARABAĞ” (Azərbaycan), “Düdelandj” (Lüksemburq).
B qrupu:
“Dinamo” (Kiyev, Ukrayna), “Kopenhagen” (Danimarka), Malmö (İsveç), “Luqano” (İsveçrə).
C qrupu:
“Bazel” (İsveçrə), “Krasnodar” (Rusiya), “Trabzonspor” (Türkiyə), “Xetafe” (İspaniya).
D qrupu:
“Sportinq” (Portuqaliya), PSV (Hollandiya), “Rosenborq” (Norveç), LASK (Avstriya).
E qrupu:
“Latsio” (İtaliya), “Seltik” (Şotlandiya), “Renn” (Fransa), “CFR Cluj” (Rumıniya).
F qrupu:
“Arsenal” (İngiltərə), “Ayntraxt” (Frankfurt, Almaniya), “Standard” (Belçika), “Vitoria” (Portuqaliya).
G qrupu:
“Porto” (Portuqaliya), “Yanq Boyz” (İsveçrə), “Feyenord” (Hollandiya), “Qlazqo Rencers” (Şotlandiya).
H qrupu:
MOİK (Moskva, Rusiya), “Ludogorets”(Bolqarıstan), “Espanyol” (İspaniya), “Ferencvaroş” (Macarıstan).
İ qrupu:
“Volsburq” (Almaniya), “Gent” (Belçika), “Sent-Etyen” (Fransa), “Aleksandriya” (Ukrayna).
J qrupu:
“Roma” (İtaliya), “Borussiya M” (Almaniya), “İstanbul Başakşehir” (Türkiyə), “Volfsberger” (Avstriya).
K qrupu:
“Beşiktaş” (Türkiyə), “Braqa” (Portuqaliya), “Volverhemton” (İngiltərə), “Slovan" (Slovakiya).
L qrupu:
“Mançester Yunayted” (İngiltərə), “Astana” (Qazaxıstan), “Partizan” (Serbiya), “AZ Alkmar” (Hollandiya).
Qeyd edək ki, qrup mərhələsi altı turdan ibarət olacaq. Həmin oyunlar sentyabrın 19-da, oktyabrın 3-də, 24-də, noyabrın 7-də, 28-də və dekabrın 12-də keçiriləcək.
Turnirin həlledici görüşü Polşanın “Leqiya” klubunun ev oyunlarını keçirdiyi Qdansk şəhərindəki “PGE Arena”da baş tutacaq.