“Neftçi” Futbol Akademiyasının U-17 komandasının baş məşqçisi vəzifəsinə Elman Sultanov təyin olunub.
NUHÇIXAN xəbər verir ki, 45 yaşlı mütəxəssislə birillik müqavilə bağlanıb. Baş məşqçinin köməkçisi vəzifəsini isə Elgiz Kərəmli yerinə yetirəcək.
Qeyd edək ki, futbolçu kimi 1994/1995-ci il mövsümündə “Neftçi”nin şərəfini qorumuş E.Sultanov baş məşqçi kimi “Səbail”in əsas və əvəzedici, “Keşlə”nin isə U-16 komandasını, həmçinin “Bakılı”nı çalışdırıb. “Səbail”in əsas komandası ilə yüksək liqaya vəsiqə qazanmış mütəxəssis paytaxt təmsilçisinin əvəzedicilərinə çempionluq sevinci yaşadıb.