Futbol üzrə Türkiyə Superliqasının üçüncü turunun ilk oyununda “Qalatasaray” səfərdə “Kayserispor”un qonağı olub.
NUHÇIXAN xəbər verir ki, “Kadir Has” stadionunda keçirilən görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşdə hesabı 37-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Pedro Enrike açıb. Birinci hissə elə bu hesabla bitib.
İkinci hissənin 65-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Aymen Abdennoura kobud oyunun görə qırmızı vərəqə göstərilib və İstanbul klubu onbirmetrlik cərimə zərbəsi vurmaq hüququ qazanıb. “Qalatrasaray”ın fransalı yarımmüdafiəçisi Younes Belhanda penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Qarşılaşmanın 74-cü dəqiqəsində “Kayserispor”un daha bir futbolçusuna qırmızı vərəqə göstərilib. Oyunda hesabı açan Pedro Enrike kobud oyununa görə meydandan uzaqlaşdırılıb.
Bundan istifadə edən qonaqlar 87-ci dəqiqədə Rayan Babelin qolu ilə hesabı öz xeyirlərinə dəyişiblər 2:1. Bu qoldan üç dəqiqə sonra İstanbul klubunun yarımmüdafiəçisi Emre Mor qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Kayseri təmsilçisi isə 91-ci dəqiqədə Umut Bulutun vurduğu qolla hesaba yenidən tarazlıq gətirib. Lakin üç dəqiqə sonra oyunun baş hakimi qolun müəllifi Umut Buluta da qırmızı vərəqə göstərib. Nəhayət İstanbul təmsilçisi oyunun əsas vaxtına əlavə edilmiş doqquzuncu dəqiqədə qələbə topunu vurub. Sofian Fequlinin məhsuldar ötürməsini Adem Böyük qola çevirib. Beləliklə “Qalatasaray” komandası bu mövsüm ilk qələbəsini çox çətinliklə qazanıb 3:2.
Bu oyundan sonra “Qalatasaray” çempionatda dörd xalla yeddinci pillədə qərarlaşıb.
Turun digər oyununda isə “Kasımpaşa” doğma meydanda “Ankaragücü”nü qəbul edib. Gərgin keçən qarşılaşmada qonaqlar 1:0 hesabı ilə qalib gəliblər.
Türkiyə Superliqasında üçüncü turunun digər oyunları avqustun 31-də və sentyabrın 1-də keçiriləcək.