Tokioda keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi dörddəbir finala vəsiqə qazanıb

A- A A+

Yaponiyada keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışların son günündə Azərbaycan təmsilçisi İrina Kindzerska tatamiyə çıxıb.

NUHÇIXAN xəbər verir ki, çempionatın onaltıdabir mərhələsində yarışlara qatılan idmançımız əvvəlcə Niderland təmsilçisi Tessie Savelkoulsla qarşılaşıb. Bu görüşdə qələbə qazanan İ.Kindzerska səkkizdəbir mərhələdə tunisli Cheikh Rouhou Nihelə ipponla qalib gəlib.

Dörddəbir finalda onun rəqibi braziliyalı Maria Altheman olacaq.

Qeyd edək ki, hazırda Azərbaycan komandası fərdi yarışların nəticələrinə görə 10-cu yerdə qərarlaşıb. Hələlik Azərbaycan cüdoçuları dünya çempionatında 2 medal qazanıblar. 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucov gümüş, Hidayət Heydərov isə bürünc medala sahib olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: