“Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, Ağdam təmsilçisi ilk turda İspaniyanın "Sevilya" komandasını qəbul edəcək.
Ölkə çempionu qrupdakı ikinci matçında Lüksemburqda “Düdelanj”ın qonağı olacaq.
Qurban Qurbanovun yetirmələri üçüncü turda doğma azarkeşlər önündə Kiprin “APOEL” komandası ilə qarşılaşacaq.
Dördüncü turda “Qarabağ” yenidən “APOEL” ilə, bu dəfə Kiprdə üz-üzə gələcək.
Beşinci turda ağdamlılar İspaniyada “Sevilya”nın qonağı olacaq.
Sonuncu - 6-cı turda isə “Qarabağ” öz meydanında “Düdelanj” komandası ilə qarşılaşacaq.
Oyunlar sentyabrın 19-da, oktyabrın 3-də, 24-də, noyabrın 7-də, 28-də və dekabrın 12-də keçiriləcək.