Cüdo üzrə dünya çempionatında Azərbaycan yığması üçüncü yer uğrunda mübarizə aparacaq

A- A A+

Cüdo üzrə Yaponiyada keçirilən dünya çempionatında Azərbaycan yığması üçüncü yer uğrunda mübarizədə Rusiya komandası ilə qarşılaşacaq.

NUHÇIXAN xəbər verir ki, dünya çempionatının son günündə Azərbaycan komandası səkkizdəbir finalda Braziliya yığması ilə mübarizə aparıb. Görüş 4:1 hesabı ilə braziliyalıların xeyrinə başa çatıb.

Təsəlliverici görüşdə Koreya Respublikasının komandası ilə qarşılaşan yığmamız inamlı qələbə qazanıb - 4:2. Bu qələbədən sonra Azərbaycan komandası çempionatın bürünc mükafatı uğrunda mübarizədə Rusiya yığması ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: