“Milan” Xorvatiya millisinin oyunçusunu heyətinə qatıb

A- A A+

İtaliyanın “Milan” klubu Xorvatiya millisinin futbolçusunu transfer edib.

NUHÇIXAN klubun rəsmi saytına istinadla xəbər verir ki, Milan təmsilçisi hücumçusu Andre Silvanı Almaniyanın “Ayntraxt” klubunda çıxış edən Ante Rebiç ilə dəyişib. Müqavilənin detalları açıqlanmasa da, Ante Rebiç “Milan”a ikiillik icarə əsasında keçib.

Qeyd edək ki, Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Avropa çempionatının seçmə mərhələsində Slovakiya və Azərbaycan yığmaları ilə keçirəcəyi oyunlarda Ante Rebiçin xidmətlərindən yararlanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: