Türkiyənin “Qalatasaray” komandası Fransanın "Monako" klubundan heyətinə cəlb etdiyi Radamel Falkao ilə müqavilə imzalayıb.
NUHÇIXAN İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, otuz üç yaşlı hücumçu ilə üç illik müqavilə bağlanılıb. Onun maaşı hər mövsüm üçün beş milyon avro olacaq.
Qeyd edək ki, 2013-cü ildən “Monako”da çıxış edən Falkao “Portu”, “Atletiko Madrid”, “Mançester Yunayted” və “Çelsi” kimi klubların da formasını geyinib. O, ötən mövsüm “Monako”nun heyətində Fransa liqasında 15 qol vurub.
İstanbul klubu daha əvvəl İngiltərə “Sautqempton” komandasından Mario Lemina, “Brayton”dan Florin Andoneni transfer edib.