Polis əməkdaşları arasında voleybol yarışı keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası daxili işlər orqanları əməkdaşları arasında voleybol üzrə yarışa start verillib.
DİN-in idman cəmiyyətində reallaşan yarışın, açılış mərasimində DİN-nin Təşkilatı İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov və DİN-nin Veteranlar Şurasının sədri Yusif Həsənov çıxış edərək, iştirakçılara uğurlar arzuladıqdan sonra yarışa start verilib.
Olimpiya sistemi üzrə keçirilən birincilikdə şəhər və rayon polis şöbələrindən 14 komanda tərkibində 122 asayiş keşikçisi qalib olmaq uğrunda mübarizə aparır. İki gün davam edəcək yarışın məqsədi polis əməkdaşlarının fiziki hazırlıq səviyəsinin və çevikliyinin yüksəldilməsi ilə yanaşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin təşkilatçılığı ilə keçiriləcək voleybol yarışında iştirak edəcək komanda üzvlərini müəyyənləşdirməkdən ibarətdir.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın sonunda yer tutan komandalara diplom və hədiyyələr təqdim olunacaq.
Əli İbrahimbəyli