Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında V turun matçları keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan yığması tur çərçivəsində Portuqaliyanın qonağı olacaq.
Matozinyuşda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşü Xose Luis Arrarte Mira (İspaniya) və Pedro Pinto Lopes (Portuqaliya) idarə edəcəklər.
Qrupun digər oyununda isə Ukrayna Bolqarıstanı qonaq edəcək.
IV turdan sonra Bolqarıstan və Azərbaycanın 9, Ukraynanın 6 xalı var. Portuqaliya isə hələlik xal qazanmayıb.
Qızıl Avropa Liqası
A qrupu V tur
18:00. Portuqaliya - Azərbaycan
Hakimlər: Xose Luis Arrarte Mira (İspaniya), Pedro Pinto Lopes (Portuqaliya)