Polis əməkdaşları arasında voleybol üzrə birincilik keçirilib - YENİLƏNİB - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası daxili işlər orqanları əməkdaşları arasında voleybol üzrə yarışa yekun vurulub.
İki gün davam edən birinciliyin final görüşündə bütün komandaları mübarizədən kənarlaşdıran “Daxili Qoşun”ların və “Şərur rayon polis şöbəsi”nin komandaları üz-üzə gəlib. Yarışın final mərhələsinin ilk seti bərabərliklə keçsə də son setdə rəqibindən üstün olan “Daxili Qoşun”lar komandası 25-13 hesabı ilə birinciliyin qalibi olub. “Şərur rayon polis şöbəsi” II, “DİN” komandası isə III yerə layiq görülüb.
Yarışın sonunda Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri general leytenant Fazil Ələkbərov qalib komandalara diplom və hədiyyələr təqdim edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Əli İbrahimbəyli