Naxçıvanda bədən tərbiyəsi müəllimlərinin futbol biliyinin artırılması üçün məşqçi kursu keçirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, AFFA-dan dəvət edilən təcrübəli mütəxəssislər tərəfindən orta məktəblərdə fiziki tərbiyə fənnini tədris edən müəllimlərin futbol biliklərinin artırılması üçün “D” kateqoriyalı məşqçilik kursu başlayıb.

Naxçıvan Muxtar Respublikası  Gənclər və İdman, Təhsil Nazirlikləri, AFFA, eləcə də Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən kurs Bakıdan dəvət edilən futbol mütəxəssisləri Cahangir Həsənzadə və İlham Əzizzadə tərəfindən aparılır. 

26 müəllimin iştrak etdiyi və iki gün davam edəcək kursun ilk günündə, futbolda təzyiqlər, məqsədlər, qərar vermək, sağlam həyat tərzi, metodoloji üsullar, məktəbdə futbol oyununun prinsipləri, məktəblilərlə davranış, oyunçuların bacarıqlarının inkişafi, futbol texnikası, koordinasiya  haqqında nəzəri və praktiki məşğələlər keçirilib.

Bununla yanaşı müəyyən olunan qruplar şəklində kurs iştirakçılarına uşaq futbolu ilə bağlı mövzular təqdim olunub. Onlar isə müvafiq mövzular üzrə fikir mübadiləsi apararaq ümumi nəticənin təqdimatını ediblər.

Sabah yekunlaşacaq kursun sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Əli Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: