Primoryenin başçısı Oleq Kojemyako Vladivostokun 2036-cı il Olimpiya Oyunlarını keçirmə hüququ uğrunda mübarizə apara biləcəyini istisna etmir. O, bu barədə Şərq İqtisadi Forumunda TASS-a müsahibəsində bildirib.
“2036-cı ildə Vladivostokda Olimpiya Oyunlarını keçirmə hüququ uğrunda mübarizə aparmaq yaxşı fikirdir. Buna kifayət qədər vaxt da var. Beş ildən sonra bununla məşğul olmaq lazımdır”, - deyə Kojemko Primorye paytaxtının 2036-cı ildə Olimpiadaya ev sahibliyi uğrunda mübarizəyə qoşulacağı barədə sualı cavablandırarkən bildirib.
NUHÇIXAN-ın TASS agentliyinə istinadla verdiyi xəbərə görə, Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov bundan əvvəl bildirmişdi ki, əgər şəhər 2032-ci ildə Olimpiadaya ev sahibliyi uğrunda müsabiqədə iştirak etmək istəyirsə, o zaman Vladivostoku 2025-ci ilin müraciət dövrünədək bütün zəruri idman infrastrukturu ilə təmin etmək lazımdır. Lakin onun sözlərinə görə daha real müddət 2036-cı ildir.