21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
NUHÇIXAN-nın məlumatına görə, yığmamız “Dalğa Arena”da, saat 20:30-da başlayacaq oyunda Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Oyunun Baş hakimi Deyan Yakimovski, Baş hakimin köməkçiləri isə Nikola Karakolev, Kushtrim Lika, və İqor Stoychevskidir. Hakimlər briqadası Şimali Makedoniyadandır.