Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin evdə Gürcüstan yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, qarşılaşma Lüksemburqdan olan hakimlər briqadasına həvalə olunub.
Baş hakim Laurent Koprivaya yan xətt hakimləri Klod Ris və David Mateus Santos kömək edəcək. Dördüncü hakim funksiyasını isə Aleks Kryureq yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 10-da “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq. Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv senytabrın 6-da Slovakiyanı məğlub edib - 2:1.