Boksçumuz Murad Allahverdiyev Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib

A- A A+

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında dörddəbir final mərhələsinin görüşləri keçirilib.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan millisinin idmançısı Murad Allahverdiyev yarışın yarımfinalına vəsiqə qazanıb.

Çempionatda 81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz yarımfinala gedən yolda belaruslu Raman Kazyankovla üz-üzə gəlib. Görüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb. M.Allahverdiyev rəqibinə 4:0 hesabı ilə qalib gəlib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Boksçumuz finala vəsiqə üçün rusiyalı İlya Boqatıryovla döyüşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: