Kikboksçumuz “Glory” liqasında növbəti döyüşünü keçirəcək

A- A A+

İyunun 2-də peşəkar kikboksçular arasında “Glory” liqası çərçivəsində növbəti döyüşlər keçiriləcək. Böyük Britaniyanın Birmingem şəhərində baş tutacaq “Glory54” turnirində Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Alim Nəbiyev də iştirak edəcək.

NUHÇIXAN xəbər verir ki, “Professor” ləqəbli idmançımız yarımorta çəki dərəcəsində final döyüşünə çıxacaq. Alim Belçikada yaşayan Ermənistan idmançısı Harut Qriqoryanla üz-üzə gələcək. Bu, hesabında 49 qələbə və 6 məğlubiyyət olan Alimin peşəkar rinqdə 56-cı döyüşüdür.

Xatırladaq ki, A.Nəbiyev finaladək fransalı Cimmi Vienot, hollandiyalı Niki Holsken və Kamerun əsilli fransalı Sedrik Doumbeyə qalib gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: