Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci ildə keçiriləcək dünya kuboku yarışlarında iştirakçıların sayını artıracaq.
NUHÇIXAN xəbər verir ki, növbəti dünya kuboku yarışlarında 206 şahmatçının birincilik uğrunda mübarizə aparması nəzərdə tutulub. İlk mərhələdə 156 şahmatçı mübarizə aparacaq. Onlardan 78-i növbəti mərhələyə adlayacaq. Daha sonra reytinqdə ilk 50-likdə qərarlaşan şahmatçılar mübarizəyə qoşulacaq.
Hazırda Xantı-Mansiyskdə keçirilən dünya kuboku yarışlarında 128 şahmatçı birincilik uğrunda yarışır. Turnir 7 dövrədən ibarətdir. Oktyabrın 4-də yekunlaşacaq turnirin ümumi mükafat fondu 1,6 milyon ABŞ dolları təşkil edir.