Sentyabrın 12-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kubokunun 1/64 finalın mərhələsinin tay-breyk partiyaları oynanılacaq.
NUHÇIXAN xəbər verir ki, tay-breyk partiyalarında Eltac Səfərli ABŞ şahmatçısı Samuel Şankland, Nicat Abasov isə Polşa təmsilçisi Perun Kasper ilə qarşılaşacaqlar.
Sentyabrın 13-də isə Şəhriyar Məmmədyarov otuzikidəbir final mərhələsində özbəkistanlı Rüstəm Qasımcanov ilə görüşəcək. Rüstəm Qasımcanov 1/64 final mərhələsində Kanada şahmatçısı Evgeni Bareev ilə üz-üzə gələcək. Digər şahmatçımız Teymur Rəcəbov isə argentinalı Sandro Mareco və rusiyalı Sənan Syugirov duelinin qalibi ilə gücünü sınayacaq.
Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə məğlub olaraq mübarizəni dayandırıb.
Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.
FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.
Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.