Naxçıvan şahmatçıları respublika birinciliyində iştirak edir - FOTOLAR
Bakıda kadetlər (8, 10, 12 yaşlı oğlanlar və qızlar) və gənclər (14, 16 və 18 yaşlı oğlanlar və qızlar) arasında Azərbaycan birinciliyi keçirilir.
NUHÇIXAN xəbər verir ki, yarışlarda Bakı, Göyçay, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəran, Mingəçevir, Ucar, İsmayıllı, Samux, Füzuli və Qubadan 200-dən çox şahmatçı mübarizəyə qoşulub.
Dördüncü turdan sonra 12 yaşadək oğlanların yarışında ustalığa namizəd Ziya Məmmədov və Cahandar Azadəliyev, qızlar arasında isə Lalə Hüseynova 100 faizli nəticə göstəriblər.
On yaşadək oğlanların turnirində ustalığa namizəd Fərid Orucov, qızlar arasında isə Nərmin Abdinova və Nurtan Nuriyeva liderlik edirlər. 12 yaşadək oğlanlar arasında daha yaxşı nəticəni Şiroğlan Talıbov, qızlar arasında isə Kamilla Ələsgərova və Aysel Cəfərova göstərib. Onların hər birinin 3 xalı var.
On dörd yaşadək oğlan və qızların liderlər qrupuna Fərid Mustafayev, ustalığa namizədlər Vüqar Manafov və Ayan Allahverdiyeva, 16 yaşadək şahmatçıların liderlər qrupuna isə FIDE ustası Murad İbrahimli, Ləman Hacıyeva və ustalığa namizəd Sevil Tahirova daxildir.
On səkkiz yaşadək şahmatçılar arasında beynəlxalq usta Məhəmməd Muradlı, FIDE ustaları Əhməd Əhmədzadə, Aynur Kətanova, həmçinin Şəhriyar İskəndərov və Babək Cəfərli liderdirlər.