Sentyabrın 12-də Azərbaycan boksçusu Bəxtiyar Qazıbəyov Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında ilk görüşünə çıxacaq.
NUHÇIXAN xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuzun rəqibi qazaxıstanlı Zakir Safyullin olacaq.
Dünya çempionatı yeni qaydalara əsasən 8 çəkidə təşkil olunur. Yekaterinburqda EXPO Arenada baş tutan yarışda təsnifat mərhələsinin döyüşləri sentyabrın 17-dək keçiriləcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.