Sentyabrın 13-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin otuzikidəbir finalın mərhələsinin partiyaları oynanılacaq.
NUHÇIXAN xəbər verir ki, otuzikidəbir finalda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov özbəkistanlı Rüstəm Qasımcanov, Teymur Rəcəbov rusiyalı Sənan Syugirov, Eltac Səfərli hindistanlı Sarin Nihal və Nicat Abbasov isə ABŞ təmsilçisi Leyner Dominquez Perez ilə qarşılaşacaqlar.
Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə məğlub olaraq mübarizəni dayandırıb.
Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.
FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.
Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.